“20 Yanvar” şəhidlərinin dənizə tökülməsinin qarşısı necə alındı? – VİDEO

838

Müstəqilliyimizin bünövrəsi Şəhidlər Xiyabanındakı qəbirlərlə qazılıb.

Sabah Azərbaycan xalqı öz müqavimət gününün – Qanlı Yanvarın 29 illiyini qeyd edəcək. Bəzən adama elə gəlir ki, bu barədə hər şeyi hamı bilir. Amma yox. Məsələn, 20 yanvar savaşı zamanı Bakı Buxtasında gəmilər niyə və kim tərəfindən sındırılmışdı? Moskvanın güllələnmiş kəsləri dənizə atmaq niyyətinin qarşısını kəsən adam Arif Həsənovdur. O vaxt Arif müəllim SSRİ dəniz donanması Xəzər Dəniz Gəmiçiliyinin Baş mühəndisi idi.

Arif Həsənov “Real İntervyu” proqramında 29 il əvvəlki xatirələrini danışıb.