Aral dənizinin qurumuş hissəsində şirin su tapılıb

495

Aral dənizinin cənub-qərb hissəsində, Qaraqalpaqstanda yerləşən keçmiş “Dirçəliş” adasında şirin su tapılıb.

AZƏRTAC bu barədə “CA-NEWS” Mərkəzi Asiya xəbər xidmətinə istinadla bildirir. Şirin su Aral dənizinin qurumuş hissəsindəki ərazinin 260-280 metr dərinliyində, Cənubi Aral dənizinin hövzəsinin dibində tapılıb.

Saniyədə 7 litr çıxan suyun minerallaşma dərəcəsi 3 qram, codluğu isə 6 milliqram təşkil edir. Priaralye Hidrogeoloji ekspedisiyasının rəhbəri Şavkat Olimovun sözlərinə görə, istifadəyə yararlı olan şirin su mənbəli bulaqlar Qaraqalpaqstanın Çimbay, Taxtakupir və Qarauzak rayonlarını əhatə edir.

Yanvarın 26-da şirin suyun verilməsi ilə bağlı yerli və respublika səviyyəli məmurların iştirakı ilə təntənəli mərasim təşkil edilib.

Məmurlar bildiriblər ki, şirin suyun hazırda quruyan dənizin ərazisinə qayıtması Priaralyenin ağır ekoloji vəziyyətini tədricən yaxşılaşdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır