Azərbaycan Türkiyədə hərbi dəniz təlimlərində iştirak edəcək

393

Azərbaycan Türkiyə ilə birgə Egey dənizində keçiriləcək “Mavi Vatan” adlı hərbi təlimlərdə iştirak edəcək.

Trend-in məlumatına görə, hərbi dəniz təlimlərində Bosniya və Herseqovina, Qətər, Almaniya, İtaliya kimi ölkələr də qatılacaq.

Ümumilikdə təlimlərdə 15 ölkədən 251 hərbi qulluqçu iştirak edəcək.

Hərbi təlimlərin vaxtı hələ açıqlanmayıb.