Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyəti açıq müsabiqə elan edir

653

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
işçiləri üçün gündəlik nahar yeməyi və çay verilməsi xidmətlərinin satın alınması ilə əlaqədar açıq müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 26 fevral 2019-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 04 mart 2019-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunsdfgmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 05 mart 2019-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 140 ünvandan ala bilərlər:

Əlaqə telefonları: 498-91-84; 599-00-03 (1401).