Qazaxıstanın dövlət kanalı Azərbaycanla ticarət əlaqələrinə həsr olunan süjet hazırlayıb

311

Qazaxıstan Respublikasının dövlət telekanalı olan “Qazaxıstan TV” Azərbaycanla bu ölkə arasında ticarət əlaqələrinə dair reportaj hazırlayıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, reportajda Ələt qəsəbəsindəki yeni Bakı Limanına xüsusi yer ayrılıb. Qeyd edilib ki, Azərbaycan və Qazaxıstan arasında olan idxal və ixrac siyasətinin əsas istiqamətləri logistika, nəqliyyat əlaqələrinin inkişafına yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır