“Equinor” şirkəti Əşrəfi-Dan Ulduzu-Aypara kəşfiyyat sahəsində görülən işlərlə bağlı ictimaiyyətlə görüş keçirəcək

394

“Equinor” şirkəti Əşrəfi-Dan Ulduzu, Aypara (ƏDUA) kəşfiyyat sahəsində 2-Ölçülü/3-Ölçülü seysmik tədqiqat işlərinin operatoru olaraq Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantını təqdim etmək məqsədi ilə ictimaiyyətlə açıq görüş keçirəcək.

“Report”un məlumatına görə, görüş martın 12-də saat 10:00-dan 13:00-dək Bakıdakı otellərdən birində baş tutacaq.

Görüşdə şirkət təqdimatlar edəcək, iştirakçılara suallar verməyə və şərhlər bildirməyə imkan yaradacaq.

Qeyd edək ki, ƏMTQ sənədinin tam versiyası və qısa xülasəsi Azərbaycan və İngilis dillərində “Equinor”un internet səhifəsində yerləşdirilib.