Böyük Mavi Dəliyin sirri açıldı

469

Böyük Mavi Dəlik Atlantik okeanında yerləşir və dərinliyi 124, diametri isə 300 metrdir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, sözügedən çökəklik 1972-ci ildə fransız tədqiqatçı Jak-İv Kusto tərəfindən kəşf edilib. Kusto və həmkarları müəyyən ediblər ki, dəliyin dibində oksigen miqdarı o qədər azdır ki, burada heç bir mürəkkəb canlı yaşaya bilməz.

Bu gün Böyük Mavi Dəliyin tədqiqatı ilə Fabyen Kusto-əfsanəvi Kustonun nəvəsi və britaniyalı milyarder Riçard Brenson məşğul olur. Onlar ilk dəfə olaraq dəliyə 2018-ci ilin dekabr ayında eniblər və bir tapmaca ilə rastlaşıblar. Tədqiqatçılar dəliyin dibində bir sıra qəribə izlərlə rastlaşıblar. Kusto və Brenson gözəl bilirdilər ki, belə şəraitdə mürəkkəb canlılar yaşaya bilməzlər.

Bir neçə gün əvvəl isə yenidən suyun dibinə enən tədqiqatçılar nəhayət izlərin kimə məxsus olduğunu müəyyən ediblər. Məlum olub ki, Mavi Dəliyin dibi molyuskların qəbirstanlığıdır. Oksigensiz yerə düşən molyusklar boğularaq yuxarı çıxmağa çalışsalar da, boğulub ölürlər. Bu izlər isə onlara məxsusdur…