Yunanıstanın Samos adası yaxınlığında miqrantları daşıyan qayıq batıb

359

Yunanıstanın Samos adası yaxınlığında miqrantları daşıyan hava ilə doldurulan qayıq batıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Etnos” nəşri məlumat verib.

Hadisə adadan şərqdə, dənizdə baş verib. Adaya doğru hərəkət edən qayıqda 12 nəfər olub. Onlardan 9-u xilas edilsə də, uşaq və kişi boğulub. 

Xilas edilənlər Samos limanına gətirliblər.