Aktau limanından rekord miqdarda taxıl ixrac edilib

382

Aktau limanından rekord miqdarda taxıl ixrac edilib. Azərbaycan və İran Qazaxıstanda yetişdirilən arpanın əsas müştərilərindən sayılır. Şimali Qazaxıstan, Kostanay və Akmola bölgələrində yetişdirilən arpa məhsulu Aktau limanı vasitəsilə Azərabycana və İrana daşınır.

Ötən il Qazaxıstanda kənd təsərrüfatının inkişafı sayəsində İrana 818 min ton taxıl göndərilib. Bu, nəzərdə tutulan normadan 300 min ton çoxdur.

Qazaxıstanın 2013-2020-ci illər üçün hazırlanan aqro-sənaye kompleksinin inkişafı proqramının həyata keçirilməsi nəticəsində mühüm nəticələr əldə olunub. Bu ölkənin “Ak biday-terminals” ASC hazırda 45 şirkətlə müqavilə bağlayıb.

İlk iki ayın yekunlarına əsasən, Aktau limanından 170 min tondan artıq taxıl daşınıb. Bu, ötən illə müqayisədə 1,5 dəfə çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır