“Caspian Drilling Company” “Qarabağ” yatağında iki quyu qazacaq

639

“Caspian Drilling Company Ltd” (CDC) və Norveçin Equinor (“Equinor Azerbaijan Karabagh BV”) şirkətləri arasında qazma əməliyyatlarının aparılmasına dair müqavilə imzalanıb.

“Report” “Caspian Drilling” şirkətinə istinadən xəbər verir ki,müqaviləni CDC-nin Baş direktoru Fərid Axundov və “Equinor”un Regional Meneceri Favad Quraişi imzalayıblar.

Müqavilə şərtlərinə əsasən,”Equinor”un lahiyə əməliyyatçısı olduğu və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə işlənməsi nəzərdə tutulan “Qarabağ” yatağında CDC tərəfindən iki quyu qazılacaq. “Equinor” və SOCAR “Qarabağ” yatağının işlənməsi üzrə layihədə bərabər paylarla yarı-yarıya iştirak edirlər.

İlk buruq “Dədə Qorqud” yarımdalma qazma qurğusunun reaktivasiyasından sonra qazılacaq. Qurğunun reaktivasiyası CDC-nin dəniz bazasında və CDC-nin mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Reaktivasiyanın yekunlaşması və qazma işlərinə başlanması üçün nəzərdə tutulan tarix 2019-cu ilin III rübüdür.