Minsk, Tbilisi və Bakı dəmir yolu üzrə konteyner daşınmalarını müzakirə edəcək

375

Belarus, Gürcüstan və Azərbaycan Tbilisi – Bakı – Minsk marşrutu üzrədəmir yolu konteyner marşrutunun təşkil edilməsi imkanları üzərində işləyəcək.

“Report” BELTA-ya istinadən xəbr verir ki, bu barədə qərar Belarus-Gürcüstan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının V iclası zamanı qəbul olunub.

İclas 19-22 mart tarixlərində Gürcüstanda keçirilib.

“Görüşün sonunda tərəflər Gürcüstana birbaşa su yolu ilə çatdırılmalar üçün vahid bir gəmi partiyasının yaradılması məsələlərini, həmçinin Gürcüstanın Azərbaycan və Belarusla birgə Tbilisi-Bakı-Minsk marşrutu üzrə dəmiryolu konteyner marşrutu təşkil etmək imkanlarının hazırlanmasına dair qərar qəbul ediblər”, – deyə Belarusun Nəqliyyat və Kommunikasiya Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.