Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər

453

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) BP və SOCAR-ın Aral dənizində iki blokda geoloji kəşfiyyat işlərinin aparılması imkanını nəzərdən keçirməsi barədə yayılan xəbəri şəhr ediblər.

Bildirilib ki, tərəflər arasında məsləhətləşmələr aparılır, təkliflərə baxılır: “Hazırda əməkdaşlıq məhz bu istiqamətdə gedir. Əgər gələcəkdə kəşfiyyat işlərinin aparılması haqqında qərar qəbul olunsa, ictimaiyyəti məlumatlandıracağıq”.

Bundan əvvəl “Podrobno.uz” saytı “Nefteqazinvest” şirkətinin direktor müavini Husniddin Turayevə istinadən yazmışdı ki, BP və SOCAR tərəfindən Aral dənizinin su hövzəsində iki investisiya blokunda geoloji kəşfiyyat işlərinin aparılması imkanlarına baxılır:

“Konsorsiumda hər iki şirkət Özbəkistanda işlərə başlayıblar. Onlarla əməkdaşlıq haqqında memoramdum, həmçinin məxfilik barədə saziş imzalanıb. Xüsusilə şirkətlər Aral dənizinin su hövzəsində iki investisiya blokunda geoloji kəşfiyyat işlərinin aparılmasını nəzərdən keçirirlər. Ötən il onlara zəruri geoloji məlumat vermişik. Hazırda şirkətlərin nümayəndələri materialları öyrənirlər. Ümid edirik ki, onlar gələcəkdə həmin bloklarda işlərin görülməsi üzrə qərarı yaxın vaxtlarda qəbul edəcəklər”.