Qazaxıstanda neft yatağında yanğın olub

355

Qazaxıstanda neft yatağında yanğın olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Komitəsinin nümayəndəsi Nursultan Nurahmetov bildirib.

Onun sözlərinə görə, hadisə ölkənin qərbində yerləşən Manqistau vilayətindəki “Kalamkas” neft yatağında baş verib. “Kalamkas” Səhmdar Cəmiyyətinin “ManqistauMunayQaz” yatağının quyularından birində 900 kv metrlik ərazidə açıq yanğın olub. Alovun hündürlüyü 10 metrə çatıb.

Yanğın söndürülüb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Yanğının səbəbi araşdırılır.