Dənizçi olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ!

3583


DenizXeber.az  Azərbaycan Dövlət Dəniz Akademiyasının saytına istinadən məlumat verir ki, 2019/2020-ci tədris ilində Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olmaq istəyən ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

Azərbaycan Dövlət Dəniz Akademiyasının ixtisaslarını seçən abituriyentlər elektron ərizələrini təsdiq etdikdən sonra 01 aprel – 31 iyul tarixlərində Kazım Kazımzadə küç., 120A ünvanında yerləşən (“Elmlər Akademiyası” metrosu yaxınlığında, Mərkəzi Gömrük Hospitalının yanı) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dənizçilər poliklinikası” MMC-yə müraciət etməlidirlər.

İş günləri: I – VI günlər.

İş saatları: 900 – 1430.

Abituriyentlər tibbi komissiyaya aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Şəxsiyyət vəsiqəsi, hərbi qeydiyyata alınma haqqında vəsiqə (və ya hərbi bilet), abituriyentin elektron ərizəsi (iş nömrəsi)
  2. Ruhi əsəb dispanserindən arayış, narkoloji dispanserdən arayış, xəstəliklə əlaqədar qeydiyyatda olduğu poliklinikadan qısa epikriz.

Əlaqə telefonları (ADDA üzrə)

0502780676, 0502780602, 0502755859,  4936307

Rektorluq