Tokionun Arakava çayında qayıq-restoranda yanğın baş verib

425

Martın 27-də axşam saatlarında Tokionun Arakava çayındakı qayıq-restoranda yanğın baş verib.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, qayıq-restoranda əvvəlcə alov görünüb, sonra qara tüstü ətrafı bürüyüb.

Polisin yaydığı məlumata görə, qayıq-restoranın göyərtəsindəki dörd xidmətçi yanğın başlayan kimi onu tərk edib. Onlardan birinin yaralandığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır