Budapeştdə İkinci Dünya müharibəsi dövründən qalan iki bomba zərərsizləşdirilib

332

Bu gün bombaların zərərsizləşdirilməsi üzrə ekspertlər Budapeştin cənubunda, Dunay çayının dibindən İkinci Dünya müharibəsi dövründən qalan iki bombanı çıxararaq zərərsiz hala gətiriblər.

AZƏRTAC bu barədə “index.hu” agentliyinə istinadla xəbər verir.

Əməliyyat başa çatdıqdan sonra yaxınlıqda yerləşən evlərin sakinlərinin öz mənzillərinə qayıtmalarına icazə verilib. Budafoki prefektinin başçısı Peter Domokos ehtiyat tədbirləri çərçivəsində dörd minə yaxın insanın təxliyə edildiyini, M-6 magistralında və yaxın zolaqlardakı dəmir yolu xətlərində hərəkətin dayandırıldığını bildirib. Onun sözlərinə görə, əməliyyatda 900-dən çox insan, o cümlədən polis, hərbi və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə xidmətin, həmçinin hökumət qurumlarının və yerli şuranın əməkdaşları iştirak edib.

Hərəsi bir ton çəkidə Amerika istehsalı olan iki bomba ötən ilin oktyabrında aşkar edilib. Lakin Dunayda suyun səviyyəsinin az olması bu günədək zərərsizləşdirmə əməliyyatını həyata keçirməyə imkan verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır