ADB: “Şahdəniz” 2020-ci ildə Azərbaycanın ixracını 1% artıracaq”

315

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının II fazasından hasilatın artması 2020-ci ildə Azərbaycanın ixracını 1% artıracaq.

“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının “Asian Development Outlook 2019” hesabatında qeyd olunub. 

“Şahdəniz 2” yatağında qaz hasilatının daha da artması 2020-ci ildə ixracın 1% artmasına səbəb olacaq”,- hesabatda qeyd edilib.

Bildirilib ki, 2019-cu ildə aşağı orta neft qiymətləri ümumi ixracı 7,5%-dək azaldacaq.

Qeyd edək ki, “Şahdəniz 2” ilk dəfə olaraq Xəzər qazını Avropa bazarına çıxaracaq Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Sabit pik hasilat zamanı bu layihənin mövcud hasilat həcmlərinə (10 mlrd. kubmetr) ildə 16 mlrd. kubmetr qaz əlavə edəcəyi gözlənilir. Ötən il iyulun 30-da “Şahdəniz” “Bravo” platformasından ilk qaz əldə olunub. Hazırda “Şahdəniz 2” qazı genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri və  TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır.