ABŞ İrandan neft idxal edən ölkələrə verdiyi möhləti uzada bilər

410

ABŞ İrandan neft idxal edən ölkələrə verdiyi möhləti uzada bilər. 

“Report” “The Wall Street Journal”a istinadən xəbər verir ki, hökumətdə mənbələr Liviyada böhranın geniş vüsət almasının bu ehtimalı daha da artırdığını bildiriblər. 

Onlar hesab edirlər ki, Liviyadakı münaqişə səbəbindən neft hasilatının bərpası yenə təhlükədə olduğundan ABŞ-ın İran və Venesuela neftinin dünya bazarına çıxarılmasını tamamilə əngəlləmək planını sual altına qoyur.

Xatırladaq ki, ABŞ 7 ölkəni İran neftinə qarşı tətbiq etdiyi sanksiyalardan müvəqqəti azad edib.