İran neftini sata bilmədi – SƏBƏB alan yoxdu

336

Bu gün İranın enerji birjasında satışa çıxarılan bir milyon barel neftə müştəri olmayıb.

Trend-in məlumatına görə, bunu İranın Milli Neft Şirkətinin enerji birjasındakı nümayəndəsi Əmir Hüseyn Tibyanian deyib.

Ə.Tibyanianın sözlərinə görə, bu gün neftə alıcı olmadığından gün ərzində növbəti satış üçün müddət uzadıla bilər.

İran Milli Neft Şirkəti enerji birjasına çıxardığı neftin bir barelinə 63,36 dollar qiymət təyin edib.

Enerji birjasında artıq beşinci dəfədir ki, İran öz neftinə müştəri tapa bilmir.