“Kaşaqan” yatağından neft hasilatı dayandırılacaq

309

Qazaxıstanın “Kaşaqan” yatağından neft istehsalı dayandırılacaq.

AZƏRTAC xəbər verir ki, yataqda avadanlıqların əsaslı təmiri üçün hazırlıq işlərinə başlanılıb və 45 gün hasilata fasilə veriləcək.

Qeyd edək ki, “Kaşaqan” yatağından hasil olunan neftin gələcəkdə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə nəqli planlaşdırılır. Ötən ilin yekunlarına görə, “Kaşaqan”da hasilat 1,6 dəfə artaraq 13,22 milyon ton olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır