Urmiya gölünün suyu 54 sm qalxıb – Gölün rəmzi olan gəmi üzməyə başlayıb

522

İranda son 25 günün intensiv yağıntıları ölkənin müxtəlif bölgələrində göllərin, bataqlıqların və su anbarlarının dolması ilə yanaşı Urmiya gölünü də cana gətirib. Gölün suyu ötən illə müqayisədə iki dəfədən çox artıb.

DenizXeber.az TasnimNews-a istinadla xəbər verir ki, İranın adiyyatı qurumları bildirir ki, ötən il bu vaxtı 1.5 milyard kub metr civarında su tutumu olan göl indi 3.3 milyard kub metrdən artıq suyu özündə ehtiva edir.

Məlumata görə gölün suyu 54 sm qalxıb. Son günlərdə gölün suyu günə 2 sm qalxıb. İranlı mütəxəssislər bildirir ki, iyun ayınadək gölün su tutumu 5 milyard kub metri keçə bilər.

Bu arada Urmiya gölünün rəmzlərindən olan “Artmiya” gəmisi 7 il torpağa oturduqdan sonra suyun qaxması nəticəsində üzməyə başlayıb.

Qeyd edək ki, İrandakı son sel bu ölkədə ötən 48 ildə misilsiz hesab edilir. Ölkənin Qolestan, Lorestan və Xuzestan əyalətləri ən çox ziyan görən bölgələridir.