Latviya və Litva dəniz sərhədlərinin bölünməsi məsələsində razılığa gələ bilmir

407

Latviya və Litva arasında dəniz sərhədlərinin bölünməsi barədə razılıq 1999-cu ildə Litva tərəfindən ratifikasiya olunmasına baxmayaraq, şərtlər bu ölkəni qane etmir.

AZƏRTAC Litvanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, hökumət Latviyanın dənizdə neft yataqlarının yoxlanılması barədə qərarını dəstəkləmir. Latviya tərəfi əvvəlcə yataqları araşdırmaq, daha sonra isə sərhədləri yenidən bölmək barədə danışıqlar arzusundadır. Lakin bu yataqların ehtimal edildiyi ərazilərin əsasən Litva tərəfində olması ölkənin yuxarıdakı qərarla razılaşmamasına gətirib çıxarır. Latviya əsasən Litvada yerləşdiyi ehtimal olunan neft yataqlarını tən yarı bölməyi təklif etsə də, Litva hökuməti bununla razılaşmır.

Latviya tərəfi bəyan edib ki, onlar artıq yataqlarda ciddi iş aparıblar və məlumatlara malikdirlər. Litva XİN isə onların buna ixtiyarları olmadığını bildirib.

1999-cu ildə əldə olunan razılığa əsasən, Baltik dənizinin 10 min kilometrlik ərazisi Litvanın payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır