2019-cu ilin fevral ayında ABŞ-ın ticarət balansında kəsir xeyli azalıb

340

Cari ilin fevral ayında ABŞ-ın xarici ticarət balansında kəsir 3,4 faiz azalaraq 49,4 milyard dollara bərabər olub. Bu, 2018-ci ilin iyun ayından bəri ən aşağı göstəricidir.

AZƏRTAC xəbər verir ki, bu rəqəmlər ABŞ Ticarət Nazirliyi nəzdində Siyahıyaalma Bürosunun və İqtisadi Təhlil Bürosunun birgə hesabatında göstərilir.

Xarici ticarət balansında kəsirin azalması ABŞ-dan ixracın 1,1 faiz artaraq 209,7 milyard dollara çatması, idxalın isə cəmi 0,2 faiz artaraq 259,1 milyard dollara bərabər olması ilə bağlıdır. Əmtəə və xidmətlər ixracı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz azalaraq 8,3 milyard dollara düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır