Karib dənizində gəmi qəzası: ən azı 33 nəfər itkin düşüb

404

Trinidad və Tobaqo sahillərində, Karib dənizində gəmi qəzaya uğrayıb.

Trend-in məlumatına görə, Sukre ştatının Quiriya şəhərindən çıxan gəminin qəzaya uğraması nəticəsində ən azı 33 nəfər itkin düşüb.

Gəmidə 35 nəfər olub, onlarda ikisi artıq Venesuelaya qaytarılıb. İtkin düşənlərin axtarışı üzrə işlər aparılır.

Qəzaya səbəb gəminin artıq yüklənilməsi olub, nəticədə o aşıb.