ABŞ və İngiltərə dənizaltı robotlar hazırlayacaq

576

ABŞ və İngiltərə, aylarla dənizdə qala biləcək dənizaltı casus-robot hazırlamaq üçün işlərə başladı.

Yeni gələn bir hesabata görə, hər iki dövlət də dənizaltı robotlar hazırlamaq üçün işləri sürətləndirdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, gələcəkdəki sualtı məlumat toplama və keşikçi vəzifələrinin, insanlar üçün hər hansı bir risk meydana gəlmədən edilə bilinməsi üçün insansız vasitələrə yönələn iki dövlət, dənizaltı robotların hazırlanması riski ən aza endirəcək.

Boeing şirkəti, qısa bir müddət əvvəl dənizaltı robot hazırlamaq üçün ABŞ Dəniz Qüvvələri ilə 46.7 milyon dollarlıq yeni bir müqavilə imzaladı. Daha əvvəl də bu dənizaltı robotlardan hazırlamaq üçün 3 razılaşma əldə edən şirkət, ümumi olaraq 274.4 milyon dollarlıq nəhəng bir razılaşma üçün işlərə başladı.

Boeing şirkəti daha əvvəl 51 metr uzunluğunda bir dənizaltı robot prototipini sınaqdan keçirmişdi. Yeni hazırlanacaq dənizaltı robotların böyüklüyü açıqlanmasa da, şirkət 2022-ci ilə qədər vasitələri inkişaf etdirərək, dəniz qüvvələrinə təhvil edəcək.

Dənizaltı robotlarla maraqlanan bir başqa ölkə də İngiltərədir. Dənizin altından məlumat yığa biləcək, düşmən gəmilərini təsbit edərək, yer axtarışı edə biləcək dənizaltı robot istehsalında işlərə başlayan İngiltərə, ən qısa müddətdə bu dənizaltı robotlara sahib olmaq istəyir.