İran tankeri Qırmızı dənizdə qəzaya uğrayıb

409

Səudiyyə Ərəbistanının Sahil Mühafizəsi Qırmızı dənizin Ciddə limanı yaxınlığında qəzaya uğrayan İranın “Happiness 1” neft tankerinin heyət üzvlərini xilas edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı yerli mətbuat yazıb.

Bildirilir ki, gəminin göyərtəsində 26 heyət üzvü – 24 iranlı və iki banqladeşli olub. Onlardan xəsarət alan olmayıb.

“Associated Press” yazır ki, tarkerdən mühhərikin işləməməsi və idarəetmənin itirilməsi ilə bağlı qəza siqnalı daxil olub.