Türkiyədə miqrantları daşıyan qayıq aşıb, 9 nəfər ölüb

341

Türkiyənin Balıkesir əyalətinin Ayvalık rayonunda miqrantları daşıyan qayığın aşması nəticəsində 3-ü uşaq olmaqla 9 nəfərin meyiti sudan çıxarılıb, 1 nəfər yaralı xilas edilib.

“Report” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

Bildirilib ki, 3-ü uşaq olmaqla daha 7 nəfərin axtarışı davam edir.