ABŞ “Abraham Lincoln” aviadaşıyıcısını siqnal üçün İran sahillərinə göndərir

378

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Amerika aviadaşıyıcısının İran sahillərinə yola düşdüyünü bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Onun sözlərinə görə, Amerika aviadaşıyıcısı və operativ bombardmançı qrupu İrana qarşı “amansız güc” tətbiq etməyə hazırdır.

Bolton əlavə edib ki, ABŞ İrana “aydın və səhvsiz siqnal” göndərir.

O həmçinin qeyd edib ki, Vaşinqton Tehranın ABŞ və müttəfiqlərinin maraqlarına hücumlarına cavab verəcək.