Türkiyəyə aid “Burgazada” korveti Yunan gəmisinin hücumuna məruz qalıb VİDEO

364

Türkiyə Dəniz Qüvvələri tərəfindən beynəlxalq sularda keçirilən “Denizqurdu-2019” təlimlərinə qatılan Türkiyəyə aid “Burgazada” korveti, Yunan hücum gəmisi “Kristalidis”in hücumuna məruz qalıb.

AZƏRTAC xəbər verir ki, edilən xəbərdarlıqdan sonra bölgədən ayrılmağa məcbur olan Yunan gəmisinin beynəlxalq qaydalara əməl etmədiyi və naviqasiya təhlükəsizliyini pozduğu kameralarla qeydə alınıb.

Təhlükəsizlik qüvvələrindən alınan məlumata görə, “Burgazada” korvetinə 200 metr məsafədən sahil tərəfdən yaxınlaşan Yunan hücum gəmisi daha sonra korvetin irəliləmə istiqamətində çox yaxın məsafədə manevrlər edib.

Qeyd edək ki, “Denizqurdu-2019” təlimləri Ağdəniz, Ege və Qara dənizdə eyni zamanda keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır