Azərbaycan və Rusiya dənizlə sərnişin daşınması imkanlarını nəzərdən keçirir

398

“Yeni Bakı Limanı vasitəsilə Azərbaycanla Rusiya arasında sərnişin daşınmasının həyata keçirilməsi nəzərdə tutulur”.

“Report” xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.

“Bununla bağlı qarşı tərəflə uzun müddət danışıqlar aparılıb. Sərnişin daşınması məqsədi ilə Rusiyada gəminin inşası nəzərdə tutulur. Gəmi hazır olduqdan sonra bu məsələyə baxılacaq”, – o qeyd edib.