Gürcüstan hökuməti Poti dərin özüllü limanın tikintisi ilə bağlı qərarı ləğv edib

915

Gürcüstanın Poti şəhərində tikilən yeni dərin özüllü dəniz limanının tikintisi dayandırılıb.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava bu gün keçirdiyi brifinqdə deyib ki, Poti limanının tikintisinə verilmiş icazə ləğv edilib. Anakliya İnkişaf Konsorsiumunun Gürcüstan hökumətinin onların işinə müdaxilə ilə bağlı bəyanatının əsası yoxdur.

Məsələ mayın 30-da parlamentdə də müzakirə olunub. Bəzi deputatlar hökuməti Anakliya dərin özüllü limanın tikintisinə maneə yaratmaqda günahlandırıblar.

Gürcüstanın Baş naziri və digər nazirlər bununla bağlı parlamentə dəvət olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır