Dunayda gəmilərin toqquşması zamanı ölənlərin sayı 19-a çatıb

369

Dunayda gəmilərin toqquşması zamanı ölənlərin sayı 19-a çatıb.

Dunayda “Hableany” katerinin laynerlə toqquşması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Macarıstan polisinə istinadən “Associated Press” məlumat yayıb.

Hazırda Cənubi Koreyadan olan 9 turist və gəminin Macarıstandan olan bir heyət üzvü itkin düşmüş hesab edilir.

Teploxodda 33 cənubi koreyalı turist və iki heyət üzvü olub. Yeddi nəfər xilas edilib.