Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi törəmə şirkətinin rəhbərini dəyişib

867

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ötən il noyabrın 23-də yaratdığı törəmə şirkətinin rəhbərini dəyişib. 

“Report” xəbər verir ki, “ASCO Nəqliyyat” MMC-yə rəhbərlik edən Ramin Malik oğlu Fərzullayevi Oqtay Kamal oğlu İsmayılzadə əvəz edib. 

Xatırladaq ki, adı çəkilən şirkət ASCO-nun baş ofisi ilə, təxminən, eyni ünvanda – Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, 2 237-ci məhəllədə qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 6 276 399manatdır.