Türkiyədə tutulan akulalar sakinləri şoka saldı (FOTO)

790

Türkiyənin Muğla vilayəti sahillərində, Aralıq dənizində yerli balıqçılar iki üçmetrlik akula tutublar.

Trend-in məlumatına görə, akulalardan biri 500 kiloqram, digəri 700 kiloqram çəkiyə malik olub.

Qeyd olunur ki, balıqçılar iki saata yaxın toru qayığa çıxara bilməyib.

Tutulmuş akulalar İzmirin Katib Çələbi universitetində tədqiq olunacaq.