DİQQƏT! DİQQƏT! ADDA-nı seçən abituriyentlər 31 iyuladək “Dənizçilər poliklinikası”-na müraciət etməlidirlər

400

HÖRMƏTLİ ABİTURİYENTLƏR!

DenizXeber.az  Azərbaycan Dövlət Dəniz Akademiyasının saytına istinadən məlumat verir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğuları mühəndisliyi”, və “Elektrik mühəndisliyi” ixtisasına qəbul olmaq istəyənlər iyul ayının 31-ə qədər “Dənizçilər poliklinikası”- na müraciət etməlidirlər. 

İş günləri: I-VI günlər
Saat: 9:00-14:30

Tələb edilən sənədlər:
– Şəxsiyyət vəsiqəsi, hərbi qeydiyyata alınma haqqında vəsqiə (və ya hərbi bilet), abituriyentin elektron ərizəsi (iş nömrəsi)
– Ruhi əsəb dispanserindən arayış, narkoloji dispanserdən arayış, xəstəliklə əlaqədar qeydiyyatda olduğu poliklinikadan qısa epikriz.

“Dənizçilər poliklinikası”-nın ünvanı: 

Bakı ş. Yasamal r-nu, Kazım Kazımzadə küç. 120 A. (Gömrük hospitalının yanında) 

ARAYIŞ PULSUZDUR.

TİBBİ YOXLANIŞ ZAMANI RAST GƏLDİYİNİZ NEQATİV VƏ YA SÜRÜNDÜRMƏÇİLİK HALLARI İLƏ BAĞLI ADDA-nın ÜMUMİ İŞLƏR ÜZRƏ PROREKTORU ƏLİMƏRDAN QULİYEVLƏ (ƏLAQƏ NÖMRƏSİ: 050 277 02 95) ƏLAQƏ SAXLAYA BİLƏRSİNİZ.

MÜDDƏTİN SONUNA 20 İŞ GÜNÜ QALIB!!!

ARAYIŞI ALMAĞA TƏLƏSİN!!!