Bakıda dənizdə batan 5 əcnəbi xilas edildi

377

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib.

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, onlardan 5 nəfəri xarici ölkə vətəndaşıdır.

Xilas edilən şəxslər Novxanı və Şıxov sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşiblər.