SOCAR-ın gəmisi Xəzərdə xarab oldu – dənizçilər təhlükədə

1444

“Rövnəq müəllim işçilərinə sahib çıx. General Əsədov gəmisi ilə Neft Daşlarından sahilə qayıdan işçilər yolda qalıb”.
BakuPost-un məlumatına görə, bunu hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib. Mirvari Qəhrəmanlı  qeyd edib ki, dənizin ortasında gəminin mühərriki sıradan çıxıb: “General Əsədov gəmisi ilə Neft Daşlarından sahilə qayıdan işçilər məlumat verdi ki, xarab olan gəmini birtəhər Çilov tərəfə aparıblar.

Dəniz dalğalı olduğu üçün işçiləri başqa gəmiyə keçirə bilmirlər”.