Türkiyəni qanunsuz yollarla tərk etmək istəyən 64 nəfər saxlanılıb

330

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda yerləşən Akyarlar və Hüseyinburnu sahillərinə yaxın bölgələrdə ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 64 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılanların bir neçə rezin qayıq vasitəsilə ölkəni tərk etmək istədikləri məlum olub.

Köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır