Azərbaycanın qəzaya uğramış “MiQ-29” təyyarəsinin yeni fraqmentləri tapılıb – TÜRKİYƏ MN GÖRÜNTÜLƏR YAYIB

647

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış “MiQ – 29” təyyarəsinin yeni tapılmış fraqmentlərinin görüntülərini yayıb. 

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.

Bildirilib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri tərəfindən Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava qüvvələrinə məxsus “MiQ-29” təyyarəsinə aid yeni hissələr tapılıb və hava şərtlərinə uyğun olaraq pilotun nəşinin və təyyarənin “qara qutu”sunun axtarışları davam etdirlir.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın “MiQ-29” təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Təyyarənin pilotu Rəşad Atakişiyev itkin düşüb.