Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib – FOTO

388

Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Mahaçkala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri və İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri avqustun 16-da Bakı limanını tərk edib.

Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, həmin gəmilər “Dəniz kuboku – 2019” beynəlxalq müsabiqəsində iştirak etmək üçün Azərbaycana gəlmişdi.