İndoneziya sahillərində yük gəmisi yoxa çıxıb

334

İndoneziya sahillərində ötən gün nikel filizi daşıyan “MV Nur Allya” adlı yük gəmisi yoxa çıxıb.

“Report” “Xinhua”ya istinadən xəbər verir ki, Milli Axtarış Xilasetmə Mərkəzinin sözçüsü Yusif Lətifin dediyinə görə içərisində 25 nəfər olan gəmi Cənub-Şərqi Sulavesi əyalətinə doğru gedərkən Buru adası yaxınlığında qəza siqnalı verib, daha sonra rabitədən itib.

Gecə başlayan axtarışlar əlverişsiz hava üzündən dayandırılıb. Axtarışlar bu gün davam etdiriləcək.