İran Ədən körfəzinə iki hərbi gəmi göndərib

377

İran Ədən körfəzinə iki hərbi gəmi göndərib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunlar İran Hərbi Dəniz Qüvvələrinə vertolyotlar apara bilən Hark və dağıdıcı Səhənd gəmiləridir. Hərbi Dəniz Qüvvələrinin komandanı Həbibullah Səyyari gəmilərin Ərəbistan dənizində və Ədən körfəzində İran donanmasını qorumaq üçün göndərildiyini bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə hərbi əməliyyatlara başlamasından sonra Ədən körfəzi strateji baxımdan daha böyük əhəmiyyətə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır