Faiq Balabəyli Dənizçilərin Hüquqlarının Müdafiəsi Komitəsi adlı qurum yaradır

1141

Tanınmış şair-publisist, Müstəqil.az saytının rəhbəri Faiq Balabəyli Dənizçilərin Hüquqlarının Müdafiəsi Komitəsi adlı qurum yaradır.

Bu barədə Kult.az-a Faiq Balabəyli özü məlumat verib.

Əsas fəaliyyət dairəsi dənizçilik olan Faiq Balabəyli ADXG QSC-nin Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışır. Dənizçilik sahəsində yaranan, həlli mümkün olan, lakin müəyyən səbəblərə görə həllini tapmayan problemlərin aradan qaldırılmasında DHM-in (Dənizçilərin Hüquqlarının Müdafiəsi) xüsusi rol oynayacağını deyən F.Balabəyli Azərbaycan Dəniz Administrasiyasına və ADXG QSC-yə bu işdə dəstək və qarant durmaları haqda da müraciət edəcəklərini deyib.

O qeyd edib ki, dünyanın bir çox sularında, eləcə də Xəzər dənizində üzən dənizçilərin hüquqlarını qorumaq və onlara dəstək olmaq qurumun əsas işi olacaq