Dünyanın 5 ən güclü döyüş gəmisi

738

Hazırda dünyada ən güclü hərbi-dəniz donanmasına malik olan ölkə ABŞ-dır

Hazırda dünyada ən güclü hərbi-dəniz donanmasına malik olan ölkə ABŞ-dır. Bu ölkəyə məxsus “Nimitz” sinfi aviadaşıyıcısı istənilən ölkə sahilinə çatmaq üçün kifayət edəcək ehtiyata malikdir. Lakin dünyada bundan əlavə də güclü döyüş gəmiləri mövcuddur və onları sizə təqdim edirik:

Pyotr Velikiy

Uzunluq: 250,1 m

Ölkə: Rusiya

Suya buraxılma ili: 1998

Növü: atom raket kreyseri

Gəmi dünyanın aviadaşıyıcılar sinfinə  daxil olmayan ən böyük hərbi gəmilərindən biridir. “Pyotr Velikiy” rəqibin aviadaşıyıcı qruplarının məhvi üçün nəzərdə tutulub. 

Ayova

Uzunluq: 270 m

Ölkə: ABŞ

Suya buraxılma ili: 1943

Növü: linkor

 «Lowa» növlü xətt gəmisi (mükəmməl silahlanmış iri hərbi gəmi) oxşar gəmilərin təkamülünün zirvəsi sayılır. Gəmi üçün üç xarakterik söz mövcuddur: sürət, müdafiə və silahlanma.  

Nimitz

Uzunluq: 333 m

Ölkə: ABŞ

Suya buraxılma ili: 1975

Növü: aviadaşıyıcı

Sinfin adı 1975-ci ildə suya buraxılan ilk aviadaşıyıcının adından götürülüb. Hazırda bu növ gəmilər dünyanın ən böyük gəmiləridir. 

Tikonderoqa 

Uzunluq: 173 m

Ölkə: ABŞ

Suya buraxılma ili: 1980

Növü: Raket kreyseri

İstənilən dəniz döyüşündə ən təhlükəli rəqibdir. “Tikonderoqa” sinfi raket kreyserləri hər birində 61 raket yuvası olan 2 şaquli buraxılış qurğusu ilə silahlanıb. Belə gəmilər hətta 8 ballıq dalğalanma zamanı döyüşmək qabiliyyətinə malikdir, onlar rahat manevr edə bilir, sürətlidirlər və rəqibin böyük aviadaşıyıcı qrupları üçün həqiqi baş ağrısına çevrilə bilirlər. 

Type 45 Daring

Uzunluq: 152 m

Ölkə: Böyük Britaniya

Suya buraxılma ili: 2006

Növü: mina gəmisi

5000 dəniz mili məsafəni qət etmək qabiliyyəti “Type 45 Daring”i dünyanın istənilən ölkəsi üçün təhlükə edir. Belə ki, mina gəmisi asanlıqla Hava Hücumundan Müdafiə sistemlərinin yerləşdirilməsi üçün mobil platformaya çevrilir.