Keniya ilk dəfə xam neft ixrac etdi

342

Beynəlxalq mətbuatda çıxan xəbərlərə görə, Keniya, 200 min barel xam neft ilə yüklənmiş gəmini Mombasa Limanında təşkil olunan mərasimlə Malayziyaya yola salıb.
 

“Marja”  xəbər verir ki, beləliklə Keniya, ilk xam neft ixracını Malayziyaya edib. 
 

Keniya Prezidenti Uxuru Kenyatta, mərasimdə etdiyi çıxışında, “Keniyanın neft və qaz potensialını sübut etməyi bacardıq. Bu addım ölkə tarixi üçün bir dönüş nöqtəsidir”,- ifadəsini istifadə edib.


 
Sərvətlərin Keniya xalqının xeyrinə olacağına diqqəti çəkən Kenyatta, “Keniyanın neft və qaz ixracında böyük yürüşü başladı. Bu addım sadəcə keniyalılar  üçün deyil, bölgə xalqı üçün də yeni bir şəfəq olacaq”, -deyib.
 

Gündə 2 ilə 4 min barel xam neft ixrac olunacaq
 

Keniya, ölkənin şimal qərbindəki Lokichar hövzəsində çıxarılan gündəlik 2 min ilə 4 min barrel arasında xam nefti ilk mərhələdə quru yolu üzərindən xüsusi dizayn edilmiş yük maşınları ilə Mombasa Limanına daşıyır. Limana gətirilən xam neft, buradan gəmilərlə ölkə xaricinə ixrac ediləcəkdir.
 

Hökumət, nefti asan daşımaq üçün 2 milyard dollara başa gələcək 890 kilometr uzunluğundakı boru xəttinin inşasına başlayıb. 2021-ci ilin ortasında tamamlanması nəzərdə tutulan kəmərdən gündə 100 min barrel neft ixrac edilməsi gözlənilir.
 

Ölkədə ilk dəfə İngiltərənin şirkəti Tullow Oil tərəfindən 2012-ci ildə kəşf edilən xam neft ehtiyatının 750 milyon barel olduğu təxmin edilir.