Türkiyə sahillərində gəmi batdı

602

Türkiyənin Dardanel boğazında gəmi batıb. Trend-in məlumatına görə, batan “Kanuni D.S” adlı gəmin yük daşıdığı bildirilir. 41 metrlik gəmi Türkiyə bayrağı altında üzürmüş. Gəmidə olan 8 nəfər ekipaj üzvü xilas edilib. Yük gəmisinin hansı səbəbdən batması barədə məlumat verilmir.