İran körfəzdə yanacaq daşıyan daha bir əcnəbi gəmini saxladı – gəmidəki 20 milyon dollara əl qoyuldu

306

İran Fars körfəzində qanunsuz yanacaq daşıdığını iddia etdiyi daha bir əcnəbi gəmini ələ keçirib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, “Fars”xəbər agentliyi gəmidə 283 min 900 litr qaçaq yanacaq ələ keçirildiyini bildirir.

İran gəminin Filippin əsilli 12 ekipajının saxlandığını və 20 milyon dollara əl qoyulduğunu açıqlayıb.

Olayın ABŞ-ın müttəfiqlərindən ticarət gəmilərini İran təhdidindən qorumaq üçün körfəzə gəmi göndərmələrini istədikdən sonra baş verməsi diqqət çəkir. İran son 3 ayda 3 ticarət gəmisini saxlayıb.

Qeyd edək ki, İranın Mal və Valyuta Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Əli Mueyyidi keçən il verdiyi açıqlamada bir il ərzində ölkədə 12 milyard dollarlıq qaçaq mal ticarəti aparıldığını bildirmişdi.