“BP” şirkəti Şəfəq-Asiman üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin müzakirəsi üçün ictimaiyyətlə görüş keçirir

411

Şəfəq-Asiman üzrə hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi “BP” elan edir ki, Şəfəq-Asiman üzrə kəşfiyyat qazma layihəsinin Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçiriləcək.

BP bütün maraqlı tərəfləri bu görüşdə iştirak etməyə dəvət edir. Görüş aşağıdakı ünvanda və tarixdə keçiriləcək:

“HOLIDAY INN” mehmanxanası (Kövkəb Səfərəliyeva

küçəsi 5, Bakı, Azərbaycan, AZ 1010), “Moskva” zalı,

11 sentyabr 2019-cu il

10:00 – 12:00

Görüşdə sənəd haqqında təqdimatlar olacaq və auditoriyanın sualları və şərhləri ətrafında müzakirə keçiriləcək.

5 avqust 2019-cu il tarixindən etibarən ƏMSSTQ sənədinin layihə variantının nüsxələri (və rəy formaları) ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda yerləşdirilib:

  • BP-nin Xəzər Mərkəzi ofisinin qəbul şöbəsi: Neftçilər prospekti 153
  • M.F. Axundov adına Milli Kitabxana: Xaqani küçəsi 29
  • Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası: Hüseyn Cavid küçəsi 31
  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası: Azadlıq prospekti 20
  • Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Bəhram Ağayev küçəsi 100a
  • Bakı Kitab Mərkəzi: Üzeyir Hacıbəyov küç., 5; Qoqol küç., 2
  • Libraff Kitab Mağazası: Hüseyn Cavid prospekti 186 (Mirvari Park kompleksi, D Bloku)
  • Bakı Ali Neft Məktəbinin kitabxanası: Bakı şəhəri, Yeni Salyan şosesi 3-cü km (Bakı Ali Neft Məktəbinin Kampusu)

Bundan əlavə, sənədin tam versiyası və qısa xülasəsi (Azərbaycan və ingilis dillərində) BP-nin vebsaytında yerləşdirilib:

https://www.bp.com/en az/caspian/sustainability/environment/env-and-social-documentation/Shafag-Asiman-EIA.html

BP bütün maraqlananları ƏMSSTQ sənədinin layihə variantı ilə bağlı şərh və rəylər təqdim etməyə dəvət edir. Şərhlər görüş ərzində, www.bp.com/caspian vebsaytına daxil olmaqla və ya [email protected]

elektron ünvanına məktub göndərməklə təqdim edilə bilər.

Əlavə məlumat üçün BP-nin tələblərə riayət və icazələr üzrə qrup rəhbəri Səadət Qafarova

ilə əlaqə saxlaya bilərsiniz:

E-poçt: [email protected]

Tel.: (012) 4046919 və ya (055) 2259013