Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən daha 76 nəfər saxlanılıb

317

Türkiyənin Balıkesir vilayətinin Gömeç rayonunda ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 76 nəfər saxlanılıb. Onlardan 42-si Əfqanıstan, 33-ü Pakistan, biri isə Özbəkistan vətəndaşıdır.

AZƏRTAC xəbər verir ki, Türkiyənin sahil mühafizəsi xidmətinin əməkdaşları tərəfindən saxlanılan şəxslərin rezin qayıqlarla Yunanıstanın Midilli adasına getmək istədikləri məlum olub.

Köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır