Bakı Limanı tərəfindən birinci sinfə qədəm qoyacaq uşaqlara hədiyyələr olunub

393

Bakı Limanının korporativ sosial məsuliyyət çərçivəsində Ələt qəsəbəsində yerləşən 302 saylı orta məktəbində bu il birinci sinfə qədəm qoyacaq uşaqlara çanta və digər məktəb ləvazimatları hədiyyə olunub.

Bakı Limanı, Qaradağ rayonu icra hakimiyyəti və Ələt qəsəbəsinin bələdiyyə nümayəndələri uşaqları təbrik edib və onlara yeni dərs ilində uğurlar arzu ediblər.